Cavab oyunu öncəsi mətbuat konfransı və açıq məşq olacaq
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 28-i saat 21:00-da “Bakcell Arena” stadionunda keçiriləcək “Neftçi” – “Olimpiakos” oyunu öncəsi komandamızın baş məşqçisi Samir Abasov və futbolçu Sabir Buqrinin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir iyulun 27-i saat 20:30-dan etibarən “Bakcell Arena”da keçiriləcək. Konfransdan sonra, saat 21:00-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq. Hər iki tədbir “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.
“Olimpiakos”un mətbuat konfransı və açıq məşqi isə iyulun 27-də Yunanıstanda keçiriləcək. Bakı vaxtı ilə saat 10:30-da klubun təlim-məşq bazasında rəqib komandanın açıq məşqi, 13:00-da isə “Georgios Karaiskakis” stadionunda “Zoom” proqramı vasitəsilə mətbuat konfransı təşkil olunacaq. Konfransda iştirak etmək istəyən KİV nümayəndələri üçün “Zoom” proqramının linki paylaşılacaq.
Qeyd edək ki, qeydiyyatdan keçmiş jurnalistlərə iyulun 27-si saat 12:00-dan etibarən “Bakcell Arena”da “Neftçi TV”nin ofisində oyun üçün akkreditasiyalar təqdim ediləcək. Mətbuat konfransında iştirak edəcək media nümayəndələrinə xüsusi vəsiqə veriləcək. Onlardan tibbi maskadan istifadə etmək və digər qaydalara əməl etmək xahiş olunur.
Tövsiyə olunur
-
“İlk hissədə oyuna nəzarət edirdik, amma ikinci hissənin əvvəllərində qapımızda qol gördük”
A Komanda 21 dekabr 2024, 18:41 -
“Neftçi”dən qollu səfər heç-heçəsi
A Komanda 21 dekabr 2024, 18:13 -
Oyunöncəsi son məşqdən sonra Tovuza yollandıq
A Komanda 20 dekabr 2024, 18:00 -
“Neftçi” üçün seminar
A Komanda 17 dekabr 2024, 16:00