“Neftçi”nin AL-dəki mümkün rəqibləri məlum oldu
Bu gün UEFA Avropa Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə görə, “Neftçi” – “Olimpiakos” cütündən məğlub olan tərəf III təsnifat mərhələsində “Malmö” (İsveç) – “HİK Helsinki” (Finlandiya) klublarından uduzan komanda ilə qarşılaşacaq.
Qeyd edək ki, “Olimpiakos”la ilk oyun iyulun 21-i Bakı vaxtı ilə saat 23:00-da Georgios Karaiskakis stadionunda, cavab matçı isə ayın 28-i saat 21:00-da “Bakcell Arena”da keçiriləcək. Avropa Liqasında III təsnifat mərhələsinin görüşləri avqustun 5-də və 12-də baş tutacaq.
Tövsiyə olunur
-
“Zirə” ilə oyuna hazırlıq davam edir
A Komanda 18 aprel 2024, 14:28 -
Miodraq Bojoviç “Araz-Naxçıvan” üzərində qələbəni şərh etdi
A Komanda 13 aprel 2024, 22:57 -
“Neftçi”dən böyükhesablı qələbə
A Komanda 13 aprel 2024, 22:30 -
“Neftçi” – “Araz-Naxçıvan” matçını Əliyar Ağayev idarə edəcək
A Komanda 13 aprel 2024, 15:18