Səfər oyunundan əvvəl mətbuat konfransı və açıq məşq

15 iyul 2021, 17:15

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 21-i Bakı vaxtı ilə saat 23:00-da Georgios Karaiskakis stadionunda keçiriləcək “Olimpiakos” – “Neftçi” oyunu öncəsi komandamızın baş məşqçisi Samir Abasov və seneqallı futbolçu Mamadu Mbodjun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir iyulun 20-si Bakı vaxtı ilə saat 22:30-dan etibarən Georgios Karaiskakis stadionunun mətbuat zalında keçiriləcək. Konfransdan sonra, saat 23:00-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Eyni məkanda həmin gün saat 17:30-da rəqib komandanın mətbuat konfransı olacaq.

Qeyd edək ki, bu tədbirlərin “Neftçi TV” vasitəsilə canlı yayımlanması nəzərdə tutulub.