“Neftçi” Futbol Akademiyasına yeni təyinat

15 iyul 2021, 16:30

“Neftçi” Futbol Akademiyasına yeni təyinat olub. Elşad Əhmədov akademiyanın koordinatoru vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, 2017-ci ildə “Neftçi”nin əsas komandasını çalışdırmış 51 yaşlı mütəxəssis onadək əvəzedici, U-19 və U-17 komandalarımızın da baş məşqçisi olub. Əhmədov bundan əvvəl “Sabah” klubunda çalışıb.