“Neftçi” ÇL-in ikinci mərhələsində

14 iyul 2021, 23:50

“Neftçi” Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununu keçirib. Komandamız “Dinamo” (Tbilisi) klubuna 2:1 hesabı ilə qalib gəlib. “Bakcell Arena”da baş tutan görüşdə “Neftçi”dən Emin Mahmudov (58-ci dəqiqə - pen.) və Namik Ələskərov (68-ci dəqiqə), “Dinamo”dan isə Milan Radin (51-ci dəqiqə) fərqlənib.

Bununla da mərhələ adlayan “Neftçi” II təsnifat mərhələsində Yunanıstanın “Olimpiakos” klubu ilə üz-üzə gələcək.