Cavab matçının hazırlığı başa çatdı

13 iyul 2021, 22:10

“Neftçi” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı “Dinamo” (Tbilisi) ilə cavab matçı öncəsi son məşqə çıxıb. “Bakcell Arena”da keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub və “Neftçi TV” vasitəsilə canlı yayımlanıb.

Qeyd edək ki, iyulun 14-ü “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Dinamo” oyunu saat 21:00-da başlanacaq.