“Dinamo” ilə ilk matçın hazırlığı yekunlaşdı

6 iyul 2021, 22:30

“Neftçi” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində qarşılaşacağı “Dinamo” (Tbilisi) ilə oyunöncəsi son məşqə çıxıb. Boris Payçadze adına “Dinamo Arena”da keçirilən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub və “Neftçi TV” vasitəsilə canlı yayımlanıb.

Qeyd edək ki, iyulun 7-si Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək “Dinamo” – “Neftçi” oyunu saat 20:00-da başlanacaq.