“Neftçi” Gürcüstanda məşqə çıxdı

5 iyul 2021, 22:40

“Neftçi” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağı “Dinamo” (Tbilisi) ilə ilk matçın hazırlığını davam etdirir. Bu gün səhər saatlarında Gürcüstana yola düşən komandamızın üzvləri “Zestafoni” klubunun məşq bazasında axşam məşqinə çıxıb.

Qeyd edək ki, “Dinamo” ilə ilk oyun iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena” stadionunda keçiriləcək.