“Neftçi” “Bakcell Arena”da hazırlaşdı

3 iyul 2021, 21:35

“Neftçi” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağı “Dinamo” (Tbilisi) ilə oyunun hazırlığını davam etdirir. Sloveniya toplanışından sonra Bakıya qayıdan komandamızın üzvləri dünən “Bakcell Arena”da məşqləri bərpa edib.

“Ağ-qaralar” bu gün də eyni məkanda axşam məşqinə çıxıb. Əsasən toplu çalışmalardan ibarət olan hazırlıq prosesi “Neftçi TV” vasitəsilə canlı yayımlanıb.

Qeyd edək ki, “Dinamo” ilə ilk oyun iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena” stadionunda keçiriləcək.