Səfər oyunu öncəsi mətbuat konfransı və açıq məşq

3 iyul 2021, 12:00

UEFA Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena” stadionunda keçiriləcək “Dinamo” (Tbilisi) – “Neftçi” oyunu öncəsi komandamızın baş məşqçisi Samir Abasov və serbiyalı futbolçu Voislav Stankoviçin iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. İyulun 6-sı Bakı vaxtı ilə saat 19:30-dan etibarən Boris Payçadze adına “Dinamo Arena”nın mətbuat zalında keçiriləcək tədbir “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Konfransdan sonra, saat 20:00-da isə komandamızın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.

Eyni məkanda həmin gün saat 18:00-da rəqib komandanın mətbuat konfransı, 18:30-da isə açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.