Sloveniya toplanışının 9-cu günündə axşam məşqi

27 iyun 2021, 23:15

“Neftçi” yeni mövsümün hazırlığını davam etdirir. Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan komandamız təlim-məşq toplanışının 9-cu günündə əsasən toplu və taktiki çalışmaları yerinə yetirib.

Toplanış çərçivəsində iyunun 21-də Sloveniyanın “Olimpiya” (1:1), 24-də isə “Domjale” (1:2) klubları ilə qarşılaşan “Neftçi” ayın 29-da Moskva “Spartak”ı ilə üz-üzə gələcək. Avstriyanın Fillax şəhərindəki “Sportzentrum Landskron”da keçiriləcək və Bakı vaxtı ilə saat 19:30-da start götürəcək oyun “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, “Neftçi” UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə üz-üzə gələcək. İlk oyun iyulun 7-si Bakı vaxtı ilə saat 20:00-da Boris Payçadze adına “Dinamo Arena”da, cavab matçı isə iyulun 14-ü saat 21:00-da “Bakcell Arena”da baş tutacaq.