Milli komandamızın üzvü “Neftçi”də

27 iyun 2021, 20:05

“Neftçi” növbəti transferini rəsmiləşdirib. Yarımmüdafiəçi Xəyal Nəcəfovla 2 illik müqavilə bağlanıb. 23 yaşlı yarımmüdafiəçi komandamızın heyətində 97 nömrəli formanı geyinəcək.

2015-ci ildən “Sumqayıt”da çıxış edən Xəyal Nəcəfov Azərbaycan milli komandasının üzvüdür.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl iki yarımmüdafiəçi – paraqvaylı Sezar Meza Kolli və San-Tome və Prinsipidən olan Harramiz Suaresi transfer edib.