“Spartak”la oyun Avstriyada keçiriləcək

25 iyun 2021, 18:50

“Neftçi”nin təlim-məşq toplanışının ikinci mərhələsi çərçivəsində keçirəcəyi sonuncu yoxlama matçının məkanı və başlanma saatı müəyyənləşib. Rusiyanın “Spartak” (Moskva) klubu ilə görüş iyunun 29-da Avstriyanın Fillax şəhərindəki “Sportzentrum Landskron”da keçiriləcək və Bakı vaxtı ilə saat 19:30-da start götürəcək. Oyun “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan komandamız iyunun 21-də Sloveniyanın “Olimpiya” (1:1), 24-də isə “Domjale” (1:2) klubları ilə qarşılaşıb.