“Dinamo” ilə cavab oyunu saat 21:00-da başlanacaq

23 iyun 2021, 18:40

“Neftçi” PFK-nın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Tbilisi “Dinamo”su ilə keçirəcəyi cavab matçının vaxtı açıqlanıb. İyulun 14-də “Bakcell Arena”da baş tutacaq görüş saat 21:00-da başlanacaq.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyulun 7-si Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.