“Neftçi”nin toplanışdakı ikinci rəqibi dəyişdi

23 iyun 2021, 15:30

“Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi dəyişib. Macarıstanın “Fehervar” klubu zədəlilərinin çox olması ilə əlaqədar komandamızla sınaq matçından imtina edib. Buna görə də “ağ-qaralar” iyunun 24-də Sloveniyanın “Domjale” klubu ilə qarşılaşacaq. “Domjale” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan komandamız toplanış çərçivəsində ilk yoxlama oyununu iyunun 21-də “Kodeljevo Sport Ljubljana” stadionunda yerli “Olimpiya” (Lyublyana) klubuna qarşı keçirib (1:1). Flaqman iyunun 29-u Moskva “Spartak”ı ilə üz-üzə gələcək.