III “Neftçili Yay” Futbol Düşərgəsində 3-cü qrupun 2-ci günü

22 iyun 2021, 15:00

“Neftçi” PFK, “ASAN Könüllüləri” Təşkilatı, “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə Vətən müharibəsindəki şəhid və sosial baxımdan həssas ailələrin 7-12 yaşlı övladları arasında keçirilən III “Neftçili Yay” Futbol Düşərgəsi davam edir. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan düşərgənin 3-cü qrupunun 2-ci günündə müxtəlif əyləncəli müsabiqələr təşkil olunub, uşaqlara peşəkar məşqçilər tərəfindən futbol qaydaları öyrədilib.

Qeyd edək ki, pandemiya qaydaları nəzərə alınaraq 100-dən çox iştirakçının qruplar üzrə bölündüyü düşərgədə hər qrupun ilk iki günündəki proqrama müxtəlif müsabiqələr, toplu və topsuz idman hərəkətləri daxildir. Bundan əlavə, uşaqlarla psixoloqlar tərəfindən ruhlandırıcı görüşlər keçirilir. Üçüncü gün isə səhər proqramından sonra düşərgədə iştirak edən uşaqlara təşkilatçılar tərəfindən sertifikat və hədiyyələr verilir.