“Neftçi”nin toplanışdakı ikinci rəqibi müəyyənləşdi

20 iyun 2021, 19:17

“Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi müəyyənləşib. Komandamız iyunun 25-də  Macarıstanın “Fehervar” klubu ilə qarşılaşacaq. “Kodeljevo Sport Ljubljana” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan komandamız toplanış çərçivəsində iyunun 21-də yerli “Olimpiya” (Lyublyana), 29-da isə Moskva “Spartak”ı ilə üz-üzə gələcək.