“Neftçi”nin Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi

15 iyun 2021, 14:29

Bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. Püşkün nəticəsinə görə, “Neftçi” bu mərhələdə Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, ilk oyun iyulun 6-7-də səfərdə, cavab matçı isə ayın 13-14-də “Bakcell Arena”da keçiriləcək.