“Neftçi”nin potensial rəqibləri məlum oldu

14 iyun 2021, 23:03

Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin I təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub. Bunlar “Ludoqorets” (Bolqarıstan), “Şerif” (Moldova), “Dinamo” (Tbilisi, Gürcüstan) və “Kayrat” (Qazaxıstan) klublarıdır.

Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək “Neftçi”nin I təsnifat mərhələsindəki rəqibi iyunun 15-də keçiriləcək püşkatma mərasimində məlum olacaq.