“Neftçi”də yeni məşqçi

8 iyun 2021, 19:00

“Neftçi” PFK-nın məşqçilər korpusuna yeni təyinat olub. Mübariz Orucov əsas komandada köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək.

Qeyd edək ki, 47 yaşlı mütəxəssis bunadək “Qarabağ”ın U-15 və U-17 komandalarında baş məşqçi, “Sumqayıt” klubunda və 17 yaşadək Azərbaycan milli komandasında köməkçi məşqçi kimi çalışıb. Mübariz Orucov futbolçu kimi “Xəzər” (Sumqayıt), “Viləş”, “Şəmkir”, “Qarabağ” və “Karvan” klublarında çıxış edib.