“Neftçi”nin 3 üzvü Gürcüstan yığmasına qarşı

4 iyun 2021, 11:55

“Neftçi” PFK-nın 3 üzvü 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət olunub. Aslan Şirinov, Rüfət Abbasov və Murad Məmmədov iyunun 4-dən 9-dək Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər. Millimiz hazırlıq çərçivəsində iyunun 5 və 8-də gürcüstanlı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək.