Səmədağa Şıxlarov vəfat edib

1 iyun 2021, 15:42

Azərbaycan futboluna ağır itki üz verib. “Neftçi”nin veteran futbolçusu Səmədağa Şıxlarov bu gün vəfat edib. 1955-ci il sentyabrın 5-də dünyaya göz açmış Şıxlarov 1974, 1977-1980, 1982-1984-cü illər ərzində “Neftçi”nin heyətində 152 oyunda meydana çıxıb, 30 qol vurub.

“Neftçi” PFK Səmədağa Şıxlarovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına və Azərbaycan futbol ictimaiyyətinə dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!