FİFA “Neftçi”ni təbrik etdi

1 iyun 2021, 12:10

FIFA-nın prezidenti Canni İnfantino AFFA-nın prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb. Canni İnfantino “Neftçi” PFK-nın Azərbaycan Premyer Liqasının 2020/2021-ci illər mövsümünün qalibi olması münasibətilə təbrikinin və xoş sözlərinin bu işdə əməyi olan hər kəsə çatdırılmasını xahiş edib.