“Neftçi”nin 2 üzvü U-19 milli komandasında

27 may 2021, 14:55

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Bakıda təlim-məşq toplanışı başlayıb. Mayın 31-dək Bakıda, iyunun 1-dən 3-dək Belarusun Minsk, 3-dən 6-dək isə Moldovanın Kişinyov şəhərində hazırlıq keçəcək U-19 yığmasına “Neftçi” PFK-nın 2 üzvü Mirəli Əhmədov və Hüseyn Babayev dəvət olunublar.

Qeyd edək ki, milli komandamız toplanış çərçivəsində iyunun 2-də Belarusun, 4-də və 6-da isə Moldovanın 19 yaşadək futbolçulardan ibarət yığması ilə qarşılaşacaq.