3 futbolçumuz U-17 milli komandasında

24 may 2021, 14:42

“Neftçi” PFK-nın 3 üzvü 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına dəvət olunub. Rüfət Abbasov, Aslan Şirinov və Murad Məmmədov mayın 25-dən iyunun 4-dək Tovuzda – “Turan Tovuz” Futbol Akademiyasında təşkil olunacaq təlim-məşq toplanışında iştirak edəcəklər.