İsmayıl Zülfüqarlı əsas milli komandada

24 may 2021, 13:00

Azərbaycan milli komandasına “Neftçi”nin daha bir futbolçusu cəlb olunub. 21 yaşadək futbolçulardan ibarət yığma komandanın üzvü İsmayıl Zülfüqarlı əsas millinin Bakıda təşkil olunan hazırlıq prosesində iştirak edəcək.

Qeyd edək ki, Türkiyə, Belarus və Moldova yığmaları ilə yoldaşlıq oyunu keçirəcək millinin heyətinə bunadək 3 futbolçumuz – Namik Ələskərov, Emin Mahmudov və Anton Krivotsyuk dəvət almışdı.