3 futbolçumuz milli komandada

21 may 2021, 18:45

“Neftçi” PFK-nın 3 futbolçusu Azərbaycan milli komandasına dəvət olunub. Namik Ələskərov, Emin Mahmudov və Anton Krivotsyuk millinin mayın 27-də Türkiyə, iyunun 2-də Belarus, 6-da isə Moldova yığması ilə keçirəcəyi yoldaşlıq oyunlarına çağırılıblar.

Qeyd edək ki, hər 3 matç səfərdə baş tutacaq.