“Neftçi” çempion!

19 may 2021, 22:45

“Neftçi” bu mövsüm Premyer Liqada sonuncu oyununu keçirib. Komandamız 28-ci turda “Qarabağ”ı 1:0 hesabı ilə məğlub edib. Qələbə qoluna “Dalğa Arena”da baş tutan görüşün 90-cı dəqiqəsində Ahmed Ahmedov imza atıb. Bununla da xallarının sayını 59-a çatdıran “Neftçi” turnir cədvəlində “Qarabağ”ı geridə qoyaraq çempion olub!

“Neftçi”: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 4.Keysuke Honda, 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K), 24.Yusuf Laval, 26.Ömər Buludov, 29.Sabir Buqrin, 36.Mamadu Kane.

Ehtiyat oyunçular: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 9.Ahmed Ahmedov, 17.Bruno Teluşi, 19.Fəhmin Muradbəyli, 20.Mert Çelik, 22.Mirabdulla Abbasov, 28.Stiven Jozef-Monroz, 49.Rener Alves De Souza, 80.İsmayıl Zülfüqarlı, 91.Tallison Dias.