“Neftçi” – “Qarabağ” matçını Elçin Məsiyev idarə edəcək
Premyer Liqada 28-ci turun təyinatları açıqlanıb. “Neftçi” – “Qarabağ” oyununun baş hakimi Elçin Məsiyev olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim Kamal Umudlu, ehtiyat laynsman Müslüm Əliyev olacaq. Hakim-inspektor Ramil Diniyev, AFFA nümayəndəsi isə Erkin Hüseynovdur.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu mayın 19-u saat 20:30-da “Dalğa Arena”da keçiriləcək.