“Neftçi”nin 7 futbolçusu U-21 milli komandasında

18 may 2021, 20:45

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Ukrayna Futbol Federasiyasının dəvətilə mayın 25-dən 29-dək Valeri Lobanovskinin xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iştirak edəcək. U-21 bu turnirə hazırlıq məqsədilə mayın 19-dan 24-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Hazırlıq prosesinə “Neftçi” PFK-nın 7 üzvü – Mert Çelik, İsmayıl Zülfüqarlı, Fərid Yusifli, Vüsal Əsgərov, Asim Əlizadə, Nihad Qurbanlı və Əlirza Müştəbəzadə dəvət olunub.