“Qarabağ”la oyunun hazırlığı başa çatdı

18 may 2021, 19:45

“Neftçi” Premyer Liqanın sonuncu – 28-ci turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la matçın hazırlığını başa vurub. Komandamız bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə oyunöncəsi son məşqə çıxıb. Hazırlıq prosesində toplu və texniki-taktiki çalışmalar yerinə yetirilib.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu mayın 19-u saat 20:30-da “Dalğa Arena”da keçiriləcək.