“Neftçi” “U-17 Kuboku”nun yarımfinalında

18 may 2021, 17:46

“Neftçi” “U-17 Kuboku”nun 1/4 mərhələsində cavab oyununu keçirib. Komandamız “Sabah”a 3:1 (ilk oyun – 1:2) hesabı ilə qalib gələrək, yarımfinala vəsiqə qazanıb. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüşdə “ağ-qaralar”ın qollarını Oruc Məmmədov, Teymur Məmmədov və Fərid Səfərli vurublar.

Qeyd edək ki, “Neftçi” yarımfinalda “Qəbələ” ilə qarşılaşacaq. İlk oyun mayın 21-də “Türk Hava Yolları Futbol Mərkəzi”ndə, cavab matçı isə ayın 24-də Qəbələdə baş tutacaq.