“Neftçi” – “Qarabağ” matçı saat 20:30-da başlanacaq

15 may 2021, 10:00

Premyer Liqanın sonuncu – 28-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Qarabağ” oyununun başlanma saatı açıqlanıb. Mayın 19-u “Dalğa Arena”da baş tutacaq görüş saat 20:30-da start götürəcək.

Qeyd edək ki, 27 oyundan 56 xal toplayan “Neftçi” 2-ci yeri tutur və “Qarabağ”dan 1 xal geri qalır.