“Neftçi” “U-17 Kuboku”nun 1/4 finalında

12 may 2021, 17:14

“Neftçi” “U-17 Kuboku”nun ilk mərhələsində cavab oyununu keçirib. Komandamızın “Səbail”lə cavab matçı 2:2 hesabı ilə nəticələnib. “ASCO Arena”da baş tutan görüşdə “ağ-qaralar”ın qollarını Sərxan Məmmədov və Oruc Məmmədov vurublar.

Qeyd edək ki, ilk matçda 2:1 hesabı ilə qalib gələn “Neftçi” 1/4 finala yüksəlib. Komandamız bu mərhələdə “Sabah”la qarşılaşacaq.