“Neftçi-2” çempionluqdan sonra ilk oyununu keçirib

11 may 2021, 18:27

 

“Neftçi-2” I Divizionda növbəti oyununu keçirib. Əvəzedicilərimiz 26-cı turda “Sabah-2” ilə qarşılaşıb. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüşdə “ağ-qaralar” məğlub olub – 2:3

Qeyd edək ki, 26 oyundan 61 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşan “Neftçi-2” ötən tur çempionluğunu rəsmiləşdirib.