
Heydər Əliyev – 98
Bu gün Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasından 98 il ötür. Hələ SSRİ dövründə daim xalqımızın rifahı üçün çalışan Heydər Əliyev bütün sahələrə olduğu kimi, idmanın inkişafına da xüsusi önəm verirdi. O zaman Güclülər dəstəsində mübarizə aparan “Neftçi”nin sıxışdırılaraq Birinci dəstəyə göndərilməsinin qarşısını da məhz Heydər Əliyev almışdı. Bununla yanaşı, mütəmadi olaraq “Neftçi”nin vəziyyəti ilə maraqlanan Ümummilli lider tez-tez komanda üzvləri ilə görüşür və azarkeşi olduğu “Neftçi”nin bütün problemləri ilə şəxsən tanış olurdu. 80-90-cı illərdə “Neftçi”də azərbaycanlı futbolçuların sayının artması da məhz dahi siyasətçinin qayğısı ilə mümkün olmuşdu. Komandamıza təlim-məşq bazasının tikilməsi, Respublika stadionunun təmiri də bilavasitə onun göstərişi ilə həyata keçirilmişdi.
Heydər Əliyevin əziz xatirəsi milyonların qəlbində daim yaşayacaq!
Allah rəhmət etsin!
Tövsiyə olunur
-
“Neftçi Arena”da stadion turu təşkil olunub
Klub 5 dekabr 2023, 11:20 -
Akademiya komandalarımız üçün seminar keçirilib
Klub 23 noyabr 2023, 18:05 -
Reziuan Mirzov Azərbaycan xalqını təbrik etdi
Klub 15 noyabr 2023, 15:32 -
“Neftçi”nin futbolçusunun iştirakı ilə mətbuat konfransı
Klub 14 noyabr 2023, 14:00