Vəfadar Quliyev: “Vacib 3 xal qazandıq”

8 may 2021, 23:00

“Neftçi” PFK-nın məşqçisi Vəfadar Quliyev Premyer Liqanın 26-cı turunun “Səbail” klubu ilə matçsonrası mətbuat konfransında fikirlərini açıqlayıb:

“Vacib 3 xal qazandıq. Bura qələbə üçün gəlmişdik, bunu da bacardıq. Futbolçularımızın hamısına təşəkkür edirəm. “Sumqayıt”la növbəti tur oyununa bu gündən hazırlaşacağıq”.

Sonra məşqçi jurnalistlərin suallarını cavablandırıb: “Uşaqlarla zarafat edirdik. Güya hamıya demişəm ki, mənə tərəf gəlsin, amma belə bir şey olmayıb. Bəlkə də demişəm, yadımdan çıxıb. Səlahət Ağayevlə bir az zarafatımız oldu. Dedi ki, müəllim, bütün komandaya demisiniz. Bəlkə də motivasiya üçün demişəm. Məncə, kim qol vursaydı, qeyd etməyə gələcəkdi”.