“Neftçi” “Səbail”i məğlub edib zirvəyə yüksəldi

8 may 2021, 22:43

“Neftçi” Premyer Liqada növbəti qələbəsini qazanıb. Komandamız 26-cı turda “Səbail”in qapısından 4 cavabsız top keçirib. “ASCO Arena”da baş tutan görüşdə qolları Voislav Stankoviç (13-cü dəqiqə), Yusuf Laval (62-ci dəqiqə), Keysuke Honda (72-ci dəqiqə) və Namik Ələskərov (79-cu dəqiqə - pen.) vurublar.

“Neftçi”: 30.Aqil Məmmədov, 3.Mamadu Mbodj, 4.Keysuke Honda (28.Stiven Jozef-Monroz, 80), 5.Anton Krivotsyuk, 6.Voislav Stankoviç, 7.Namik Ələskərov, 8.Emin Mahmudov (K) (37.Vüsal Əsgərov, 80), 24.Yusuf Laval, 26.Ömər Buludov (20.Mert Çelik, 73), 29.Sabir Buqrin, 36.Mamadu Kane.

Ehtiyat oyunçular: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 9.Ahmed Ahmedov, 17.Bruno Teluşi, 19.Fəhmin Muradbəyli, 22.Mirabdulla Abbasov, 70.Asim Əlizadə, 80.İsmayıl Zülfüqarlı, 91.Tallison Dias.

Qeyd edək ki, “Neftçi” hazırda 26 oyundan 53 xalla 1-ci yeri tutur. Bir oyun az keçirən “Qarabağ” isə 51 xalla 2-ci yerdə qərarlaşıb.