“Gənclər Kuboku” və “U-17 Kuboku”ndakı rəqiblərimiz müəyyənləşdi

7 may 2021, 19:10

Bu gün “Gənclər Kuboku” və “U-17 Kuboku”nun püşkü atılıb. Püşkün nəticəsinə görə, “Gənclər Kuboku”na 1/4 finaldan başlayacaq U-19 komandamız bu mərhələdə “Kəpəz” – “Zirə” cütünün qalibi ilə görüşəcək. “Ağ-qaralar” yarımfinala yüksələcəyi halda “Sabah” – “Səbail” qarşılaşmasından qalib ayrılan komandayla üz-üzə gələcək.

U-17 komandamız isə “U-17 Kuboku”nun ilkin mərhələsində “Səbail”lə qarşılaşacaq. Bu cütün qalibinin 1/4 finaldakı rəqibi “Sabah” olacaq.

Qeyd edək ki, “U-17 Kuboku”na mayın 9-da, “Gənclər Kuboku”na isə 10-da start veriləcək. Hər iki yarışın final oyunu mayın 28-də baş tutacaq.