“Neftçi-2”dən ardıcıl 9-cu qələbə

2 may 2021, 18:05

“Neftçi-2” I Divizionda ardıcıl 9-cu qələbəsini qazanıb. Əvəzedicilərimiz 24-cü turda “Turan Tovuz”u 2:0 hesabı ilə məğlub edib. Tovuz şəhər stadionunda baş tutan görüşdə qolları Asim Əlizadə (46-cı dəqiqə) və İsmayıl Zülfüqarlı (82-ci dəqiqə) vurublar.

Qeyd edək ki, 24 oyundan 58 xal toplayan “Neftçi-2” turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb və sona 3 tur qalmış ən yaxın izləyicisini 8 xal qabaqlayır.