“Neftçi-2” zirvədə möhkəmləndi

26 aprel 2021, 18:36

“Neftçi-2” I Divizionda növbəti qələbəsini qazanıb. Əvəzedicilərimiz 23-cü turda “Qaradağ Lökbatan”a 2:0 hesabı ilə qalib gəlib. Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda baş tutan görüşdə qolları Famil Camalov (47-ci dəqiqə) və İsmayıl Zülfüqarlı (90+6-cı dəqiqə) vurublar.

Qeyd edək ki, 23 oyundan 55 xal toplayan “Neftçi-2” ən yaxın izləyicisini 6 xal qabaqlayaraq turnir cədvəlinin 1-ci pilləsindəki mövqeyində daha da möhkəmlənib.