“Sabah” – “Neftçi” matçını Vüqar Həsənli idarə edəcək
Premyer Liqada 24-cü turun təyinatları açıqlanıb. “Sabah” – “Neftçi” oyununun baş hakimi Vüqar Həsənli olacaq. Ona Kamran Bayramov və Vüqar Bayramov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamranbəy Rəhimov yerinə yetirəcək. Hakim-inspektor Gülağa Cabarov, AFFA nümayəndəsi isə Rüfət Əmirov olacaq.
Qeyd edək ki, “Sabah” – “Neftçi” oyunu aprelin 25-i saat 19:15-də “Bank Respublika Arena”da keçiriləcək.