8 futbolçumuz milli komandalarda

22 aprel 2021, 10:30

17 və 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandaları Bakıda təlim-məşq toplanışına başlayıb. U-19-un hazırlıq prosesinə “Neftçi” PFK-nın 6 üzvü – Rza Cəfərov, Mirəli Əhmədov, Hüseyn Babayev, David Orucov, Nihad Cəfərov və Ağadadaş Salyanski, U-17-nin toplanışına isə 2 futbolçumuz – Rüfət Abbasov və İbrahim İbrahimli dəvət olunublar.

Qeyd edək ki, təlim-məşq toplanışı aprelin 30-dək davam edəcək.