“Neftçi” – “Zirə” matçını Rauf Cabarov idarə edəcək

16 aprel 2021, 17:15

Premyer Liqada 23-cü turun təyinatları açıqlanıb. “Neftçi” – “Zirə” oyununun baş hakimi Rauf Cabarov olacaq. Ona Müslüm Əliyev və Vüqar Bayramov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Səbuhi Bayramov yerinə yetirəcək. Hakim-inspektor Babək Quliyev, AFFA nümayəndəsi isə İlham Əliyev olacaq.

Qeyd edək ki, “Neftçi” – “Zirə” oyunu aprelin 17-si saat 20:15-də “Bakcell Arena”da keçiriləcək.