Hazırlıq “Bakcell Arena”da davam edir

15 aprel 2021, 19:04

“Neftçi” Premyer Liqanın 23-cü turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığını davam etdirir. Birgünlük fasilədən sonra aprelin 13-də hazırlığı bərpa edən komandamız bu gün “Bakcell Arena”da növbəti məşqə çıxıb.

Qeyd edək ki, aprelin 17-si “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Zirə” matçı saat 20:15-də başlanacaq.