“Qəbələ” ilə matçı Əliyar Ağayev idarə edəcək

9 aprel 2021, 14:05

Premyer Liqada 22-ci turun təyinatları açıqlanıb. “Qəbələ” – “Neftçi” oyununun baş hakimi Əliyar Ağayev olacaq. Ona Akif Əmirəli və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Hakim-inspektor Gülağa Cabarov, AFFA nümayəndəsi isə Bəhram Qurbanov olacaq.

Qeyd edək ki, aprelin 10-u Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” matçı saat 16:00-da başlanacaq.