“Neftçi” yoxlama oyununda qələbə qazandı

24 mart 2021, 19:05

“Neftçi” yoxlama oyunu keçirib. “Ağ-qaralar” 21 yaşadək futbolçulardan ibarət milli komanda ilə qarşılaşıb. “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutan görüşdə “Neftçi” 3:1 hesabı ilə qalib gəlib.

Hesabı 6-cı dəqiqədə Sabir Buqrinin ötürməsindən sonra Mirabdulla Abbasov açıb. 24-cü dəqiqədə yeni transferimiz Keysuke Honda penalti zərbəsindən qol vurub. Yaponiyalı futbolçu bundan 9 dəqiqə sonra Buqrinə məhsuldar ötürmə verib – 3:0. 38-ci dəqiqədə isə Musa Qurbanlı 11 metrlik cərimə zərbəsi ilə fərqlənib.

“Neftçi”: 1.Səlahət Ağayev (K) (12.Kamran İbrahimov, 61), 3.Mamadu Mbodj (49.Rener Alves De Souza, 46), 4.Keysuke Honda (40.Vüqar Həsənov, 46), 6.Voislav Stankoviç, 17.Bruno Teluşi (56.Elton Əlibəyli, 67), 22.Mirabdulla Abbasov (90.Nicat Musayev, 82), 24.Yusuf Laval (65.Əmrah Bayramov, 80), 26.Ömər Buludov, 28.Stiven Jozef-Monroz (80.İsmayıl Zülfüqarlı, 61), 29.Sabir Buqrin (72.Emin Zamanov, 46), 91.Tallison Dias.

Qeyd edək ki, “Neftçi” rəsmi oyununu aprelin 4-də keçirəcək. “Ağ-qaralar” Premyer Liqanın 21-ci turu çərçivəsində “Sumqayıt”ı qəbul edəcək.