“Neftçi” hazırlığı davam etdirir

20 mart 2021, 14:20

“Neftçi” hazırlığı davam etdirir. Flaqman bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Yeni transferimiz Keysuke Honda və şəxsi işləri ilə əlaqədar icazə almış Səlahət Ağayev də artıq komanda ilə məşqdə iştirak ediblər. Digər icazəlilər - Stiven Jozef-Monroz sabah, Sabir Buqrin isə birigün hazırlığa qoşulacaq.

Qeyd edək ki, “Neftçi” martın 24-də yoxlama oyunu keçirəcək. 21 yaşadək futbolçulardan ibarət milli komanda ilə “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq sınaq matçı saat 16:00-da start götürəcək və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.