“Neftçi” yoxlama oyunu keçirəcək

19 mart 2021, 13:47

“Neftçi” yoxlama matçı keçirəcək. Komandamız 21 yaşadək futbolçulardan ibarət milli komanda ilə qarşılaşacaq. Martın 24-ü “Türk Hava Yolları Futbol Mərkəzi”ndə baş tutacaq görüş saat 16:00-da start götürəcək və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, “Neftçi” rəsmi oyununu aprelin 4-də keçirəcək. “Ağ-qaralar” Premyer Liqanın 21-ci turu çərçivəsində “Sumqayıt”ı qəbul edəcək.