3 futbolçumuz milli komandada

14 mart 2021, 22:45

“Neftçi” PFK-nın 3 futbolçusu Azərbaycan milli komandasına dəvət olunub. Namik Ələskərov, Emin Mahmudov və Anton Krivotsyuk millinin DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də Portuqaliya, 27-də Qətər, 30-da isə Serbiya yığması ilə keçirəcəyi oyunlara çağırılıblar.

Qeyd edək ki, milli komanda bu matçlara hazırlıq məqsədilə martın 15-də təlim-məşq toplanışına başlayacaq.